Donbasda əməliyyatlar başlayandan 2800 nəfər əsirlikdən azad edilib

Donbasda əməliyyatlar başlayandan 2800 nəfər əsirlikdən azad edilib
# 13 avqust 2015 23:53 (UTC +04:00)

Bakı-APA. Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Donbasda əməliyyatlar başlayandan bu vaxtadək 2852 nəfər iəsirlikdən azad edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə UTX rəhbərinin müşaviri Yuri Tndit bildirib.

O bir gün əvvəl əsirlərin “altının altıya” sxemi üzrə mübadiləsinin baş verdiyini təsdiqləyib: “Biz döyüşlərdə iştirak etməyən, lakin Ukraynanın bütövlüyünə qarşı cinayətlərə yol verən altı nəfəri qarşı tərəfə verdik. Əvəzində 3 hərbçi və 3 mülki şəxs azad edilib”, deyə UTX nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hazırda əsirlikdə 172 şəxs qalmaqdadır.

Son iki ay ərzində əsirlikdən 30 ukraynalı azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR