"Şahdağ" turizm mərkəzinə dəmir yolu xətti çəkiləcək

"Şahdağ" turizm mərkəzinə dəmir yolu xətti çəkiləcək
# 09 fevral 2018 10:04 (UTC +04:00)

"Xaçmaz istiqamətinə olan dəmir yolu xətti yenidən inşa olunur".

"APA-Economics" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları”nda son üç ilin yekunlarına həsr olunmuş yığıncaqda QSC sədri Cavid Qurbanov bildirib.

C. Qurbanovun sözlərinə görə, Bakı-Yalama stansiyası yenidən təmir olunacaq, buradan elektrik qatarları buraxılacaq.

"Xudat stansiyasından sola dönməklə Qusarın üzərindən keçməklə Şahdağa qədər olan yolun çəkilişi üçün layihələndirmə işlərini hazırlayırıq. Gələcək üçün isə Qəbələdə qış-istirahət mərkəzi ilə "Şahdağ" qış-istirahət mərkəzini tunel vasitəsi ilə bir-birinə birləşdirməyi düşünürük. Bir növ dairə alınacaq", - deyə C. Qurbanov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR