Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb
# 12 dekabr 2016 12:42 (UTC +04:00)

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsini uğurla adlayan 16 komanda 8 cütlük təşkil edib.

Bu mərhələdə qrup qalibləri ikinci yer sahibləri ilə üz-üzə gələcək. İlk oyunlar 2-ci yer sahiblərinin meydanında baş tutacaq.

Eyni qrupdan çıxan komandalar, həmçinin bir ölkə təmsilçilərinin qarşılaşa bilməyəcəyi 1/8 final bəzi maraqlı cütləri ilə diqqət çəkib. Belə ki, PSJ “Barselona”, “Bavariya” “Arsenal”a rəqib olub.

Bu mərhələnin qarşılaşmaları 4 həftə ərzində keçiriləcək. İlk oyunlar da, cavab görüşləri də iki həftə ərzində baş tutacaq. 1/8 final mərhələsinin birinci oyunları 2017-ci il fevralın 14-15 və 21-22-də keçiriləcək. İkinci qarşılaşmalar isə martın 7-8 və 14-15-də baş tutacaq.

Çempionlar Liqası

1/8 final

“Mançester Siti” (İngiltərə) - “Monako” (Fransa)

“Real” (İspaniya) - “Napoli” (İtaliya)

“Benfika” (Portuqaliya) - “Borussiya” (Dortmund, Almaniya)

“Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə)

“Porto” (Portuqaliya) - “Yuventus” (İtaliya)

“Bayer” (Almaniya) - “Atletiko” (İspaniya)

PSJ (Fransa) - “Barselona” (İspaniya)

“Lester” (İngiltərə) - “Sevilya” (İspaniya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR