Bakıda iki maşın toqquşub, xəsarət alan var

Bakıda iki maşın toqquşub, xəsarət alan var
# 19 aprel 2017 20:03 (UTC +04:00)

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Prospektlə yüksək sürətlə hərəkətdə olan “Kia” markalı avtomobil qarşıda hərəkət edən VAZ-2104 markalı avtomobilə çırpılıb. “Kia” zərbədən sonra aşıb. Qəza nəticəsində “Kia”nın sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR