İrəvanda kimya zavodunda yanğının səbəbi açıqlanıb - YENİLƏNİB

İrəvanda kimya zavodunda yanğının səbəbi açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 28 avqust 2017 14:38 (UTC +04:00)

İrəvanda “Nairit” kimya zavodunda baş vermiş yanğının ilkin səbəbi açıqlanıb.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin direktor müavini Muşeq Kazaryan bildirib ki, yanğın zavodda etinol boyasının alışması nəticəsində baş verib.

Onun sözlərinə görə, hazırda yanğın artıq lokallaşdırılıb, soyutma işləri aparılır.

M. Kazaryan bildirib ki, yanğın zamanı bir nəfərin tüstüdən zəhərlənib, ona ilkin tibbi yardım göstərilib.

***

saat 14.25

İrəvanda zavod yanır.

APA-nın “shamshyan.com” saytına istinadən verdiyi məlumata görə, "Nairit" kimya zavodunda yanğın bu gün yerli saatla 13:10-da başlayıb.

Hadisə yerində 9 yanğınsöndürmə xidməti maşını işləyir.

Yanğının nədən baş verdiyi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR