Bakıda fərdi ev yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib.
Ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü və 2 otağın tavanı 58 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.