Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının ildönümü qeyd olunub

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının ildönümü qeyd olunub
# 16 noyabr 2017 06:34 (UTC +04:00)

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının ildönümü ilə bağlı qəbul təşkil edilib.

APA-nın məlumatına görə, qəbulda çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəsi Ufuk Turqaner bildirib ki, Bakıdakı nümayəndəlik 20 il əvvəl açılıb: "Azərbaycanlı qardaşlarımızla bağların daha da möhkəmlənməsini arzu edirik. Bu gün 500 azərbaycanlı tələbə Kiprdə təhsil alır və onlardan 20-si ölkəmizin təmin etdiyi təqaüdlə oxuyur. Ən böyük hədəfimiz əlaqələri daha da möhkəmləndirmək və iki xalqın bir-birini daha da yaxından tanımasını təmin etməkdir".

Millət vəkili Hikmət Babaoğlu 2 dövlət arasında diplomatik əlaqələrinin 1997-ci ildən qurulduğunu bildirib. Onun sözlərinə görə, münasibətlər günbəgün inkişaf edir: "Şimali Kipr Türk Cümhuriyyəti beynəlxalq aləmə inteqrasiya edir. Bu ölkə regionda ali məktəb və turizm mərkəzi kimi fəaliyyət göstərir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR