Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanın ABŞ-da növbəti seçkilərə müdaxilə niyyətində olduğunu bəyan edib

Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanın ABŞ-da növbəti seçkilərə müdaxilə niyyətində olduğunu bəyan edib
# 08 yanvar 2018 07:20 (UTC +04:00)

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo Rusiyanı 2018-ci ildə Konqresə keçiriləcək seçkilərə müdaxilə etmək niyyətinə düşməkdə ittiham edib.

APA-nın məlumatına görə, o, “CBS News” kanalına müsahibəsində deyib ki, Rusiya bu işlə on illərdir, məşğul olur: “Mən nəinki rusların, digər qüvvələrin də cəhdlərindən narahatam. Bizim düşmənimiz çoxdur, onlar qərb demokratiyasının pozmağa çalışırlar”.

Mayk Pompeo əlavə edib ki, onun təmsil etdiyi qurumun əsas vəzifələrindən biri təhlükəsizliyi və demokratik seçkiləri təmin etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR