Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan ərazilərində təlimləri davam etdirir

Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan ərazilərində təlimləri davam etdirir
# 15 mart 2018 08:40 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələri işğal altında saxladığı Azərbaycan ərazilərində təlimləri davam etdirir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlimlər qoşunların qarşıdurma xəttinin Ağdamın işğal altında olan Uzundərə adlanan ərazisində keçirilir.

Təlimdə zirehli texnika və artilleriya qurğularından istifadə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR