Lerikdə hamilə qadın döyülüb

Lerikdə hamilə qadın döyülüb
# 28 iyul 2018 09:56 (UTC +04:00)

Lerikdə qadın döyülərək ağır xəsarət alıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Orand kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Zakirə Fərəcova döyülərək ağır xəsarət alıb. Qadın ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun komada olduğu bildirilir.

Məlumata görə, hamilə olan Z. Fərəcova əri və qaynı tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR