Azərbaycanda manatla pul bazası son bir ildə 33%-ə yaxın artıb

Azərbaycanda manatla pul bazası son bir ildə 33%-ə yaxın artıb
# 04 fevral 2020 10:34 (UTC +04:00)

Bu ilin fevralın 1-nə Azərbaycanda manatla pul bazası 11 543,4 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 609,1 mln. manat və ya 5% azalıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 2 834,2 mln. manat və ya 32,5% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR