Ötən ay əksər kənd təsərrüfatı məhsullarının qiyməti artıb

Ötən ay əksər kənd təsərrüfatı məhsullarının qiyməti artıb
# 28 noyabr 2016 08:33 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi ötən ay bahalaşan və ucuzlaşan kənd təsərrüfatı məhsullarının siyahısını açıqlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu ilin oktyabr ayında kələm (Qusar), pomidor (Bakı), xiyar (Bakı), sarımsaq (Ağsu), badımcan (Masllı), kartof (Tovuz) armud (meşə gözəli), üzüm (ağ kişmişi, qara kişmişi) topdansatış qiyməti əvvəlki aya nisbətən artıb.

Məlumata görə, kələm 50%, pomidor 50%, xiyar 16,7%, sarımsaq 25%, badımcan 166,7%, kartof 11,1%, armud 9,1% və üzümün 25% topdansatış qiyməti artıb.

Bundan başqa, digər məhsulların (lobya, yerkökü, bibər, alma, nar, karalyok, mandarin) isə topdansatış qiyməti əvvəlki aya nisbətən aşağı olub və ya sabit qalıb.

Oktyabr ayında kənd təsərrüfatı məhsullarının topdansatış qiymətinin əvvəlki aya nisbətən dəyişməsi (manatla)

Cari ilin oktyabr ayında pomidor (Bakı, Şəmkir), xiyar (“Tikanlı”), sarımsaq (Ağsu), bibər (yaşıl), yerkökü (Bərdə), badımcan (Bərdə), alma (“Simerenko”) armud (meşə gözəli, düşes), üzüm (ağ kişmişi, qara kişmişi) topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən artmış, digər kənd təsərrüfatı məhsullarının topdansatış qiyməti isə aşağı olub və ya sabit qalıb.

Kənd təsərrüfatı məhsullarının cari ilin oktyabr ayındakı topdansatış qiymətinin ötən 2015-ci ilin oktyabr ayına nisbətən dəyişməsi (manatla)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR