Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Hava qeyri-sabit keçəcək - <span style="color: red;">XƏBƏRDARLIQ
# 09 fevral 2018 09:25 (UTC +04:00)

Sabaha gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Azərbaycanın bəzi rayonlarında fevralın 10-u gündüzdən 12-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR