Sumqayıtda taksi piyadanı vuraraq öldürüb

Sumqayıtda taksi piyadanı vuraraq öldürüb
# 08 noyabr 2016 07:43 (UTC +04:00)

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 7-də saat 19:00 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Elnur Abdullayev idarə etdiyi "London Taxi" markalı avtomobillə yolu keçən Ceyranbatan qəsəbə sakini Hüseynxan Şahsuvarovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR