Almanların əksəriyyəti miqrasiya siyasətinin sərtləşdirilməsi ideyasını dəstəkləyib

Almanların əksəriyyəti miqrasiya siyasətinin sərtləşdirilməsi ideyasını dəstəkləyib
# 25 dekabr 2016 02:19 (UTC +04:00)

Almanların əksəriyyəti Bavariya federal torpağın baş naziri Horst Zeyexoferin Berlindəki terror aktından sonra ölkənin miqrasiya və təhlükəsizlik sahələrindəki siyasətində dəyişiklik edilməsi təklifini dəstəkləyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Emnid” ictimai fikrin öyrənilməsi institutun “Bild am Sonntag” nəşri üçün keçirdiyi sorğunun nəticələrinə əsasən, almanların 68 faizi yeni tədbirlərin görülməsini dəstəkləyib, 30 faizi isə “əleyhinə” çıxış edib. Sorğuda iştirak edənlərin 80 faizindən çoxu ictimai yerlərdə video müşahidənin gücləndirilməsini dəstəkləyib.

Sorğuda 500-dən çox sakin iştirak edib.

Qeyd edək ki, dekabrın 19-da Berlinin mərkəzində Tunis vətəndaşının idarə etdiyi yük maşını yarmarkaya çırpılıb. Nəticədə 12 nəfər ölüb, 48 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR