Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib

Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib
# 21 sentyabr 2017 20:51 (UTC +04:00)

Bu gün Bakıda Çexiya Respublikasının Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

APA-nın xəbərinə görə, mərasimdə çıxış edən Çexiyanın Azərbaycandakı səfiri Vitzeslav Pivonka ölkəsinin müstəqillik günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Səfir çıxışında iki ölkə arasındakı münasibətlərə toxunub və bu münasibətlərin hər sahədə inkişaf etdiyini qeyd edib.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov isə çıxışında bildirib ki, Azərbaycan və Çexiya arasında olan münasibətlər ürəkaçandır. Onun sözlərinə görə, dövlətlərarası münasibətlər yüksək səviyyədə inkişaf edib: "Azərbaycan və Çexiyanın dövlət başçılarının qarşılıqlı səfərləri də onu deməyə əsas verir ki, bu münasibətlər bundan sonra da davam edəcək. Mən bir daha sizi bu bayram münasibətilə təbrik edirəm və dost Çexiya xalqına əminamanlıq arzu edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR