Bank Of Baku

DİN: Vəkilə polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi ilə bağlı iddialar araşdırılır

Elşad Hacıyev, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi

© APA | Elşad Hacıyev, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi

# 17 avqust 2021 12:20 (UTC +04:00)

Şirvan Apellyasiya Məhkəməsində vəkil Coşqun İsgəndərova polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi ilə bağlı iddialar araşdırılır. 

Bu barədə APA-ya DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitləri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. 

E. Hacıyev deyib ki, vəkil C.İsgəndərovun aidiyyəti olmayan məhkəmə prosesi keçirilən zala daxil olması və münaqişəli vəziyyət yaratması ilə bağlı halların bütün təfərrüatları rayon prokurorluğu tərəfindən araşdırılır. Eləcə də tərəflər arasında yaranan münaqişədə polis əməkdaşlarının vəkilə qarşı hər hansı hüquqazidd hərəkətlərinin olub-olmaması ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti yoxlama başlayıb. 

Araşdırma və yoxlamaların nəticəsindən asılı olaraq, iddialara hüquqi qiymət veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR