Bank Of Baku

Türkiyədə meşə yanğınlarının söndürülməsi istiqamətində görülən işlərlə bağlı “Böhran mərkəzi”nin xüsusi iclası keçirilib 

Türkiyədə meşə yanğınlarının söndürülməsi istiqamətində görülən işlərlə bağlı “Böhran mərkəzi”nin xüsusi iclası keçirilib 
# 11 avqust 2021 00:46 (UTC +04:00)

Türkiyədə iyulun 28-dən bəri davam edən meşə yanğınlarının söndürülməsi istiqamətində görülən işlər, dəyən ümumi ziyanın miqdarı, gələcəkdə baş verə biləcək meşə yanğınlarının qarşısının alınması, qarşıya qoyulan vəzifələri və yeni yanğın ərazilərinin söndürülməsi üçün atılacaq addımları dəqiqləşdirmək üçün “Böhran mərkəzi”ndə xüsusi iclas keçirilib.

APA-nın Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi yanında “Böhran mərkəzi”ndə keçirilən iclasda ölkənin Daxili İşlər naziri Süleyman Soylu, Kənd və Meşə Təsərrüfatı naziri Bekir Pakdemirli, Ətraf Mühit və Şəhərçilik naziri Murat Kurum, Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu və Azərbaycanın Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev iştirak edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR