Zaqatalada Rusiya dövlət qeydiyyat nömrə-nişanlı avtomobil aşıb

Zaqatalada Rusiya dövlət qeydiyyat nömrə-nişanlı avtomobil aşıb
# 14 noyabr 2016 06:10 (UTC +04:00)

Zaqatalada baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, noyabrın 13-ü saat 23:30 radələrində rayonun Höytala kənd sakini, Ramazan Abdulla oğlu Kahayev idarə etdiyi “VAZ 2109” markalı, Rusiya dövlət qeydiyyat nömrə nişanlı avtomobil Danaçı kəndində yolun kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişinlər - Höytala kənd sakini, 1982-ci il təvəllüdlü Rafael Məmməd oğlu Kahayev və Danaçı kənd sakini, 1982-ci il təvəllüdlü Şahin İslam oğlu Ciracov müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (RMX) aparılıblar.

MRX-dan APA-ya verilən məlumata görə, Ş. Siracovun vəziyyəti qismən ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. R. Kahayevin xəsarətləri yüngül olduğundan ona lazımı tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.


Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR