Salyanda qəzada 68 yaşlı qadın ağır xəsarət alıb

Salyanda qəzada 68 yaşlı qadın ağır xəsarət alıb
# 23 sentyabr 2017 20:43 (UTC +04:00)

Salyanda baş verən qəzada 68 yaşlı qadın ağır xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayonunun Aşağı Surra kənd sakini, 1943-cü il təvəllüdlü Əhmədov Həmid Yusif oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2106” markalı avtomobildə olan sərnişin, 1949-cu il təvəllüdlü Eyvazova Cəmilə Hüseyn qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib. VAZ 2106 markalı avtomobilin sürücüsü və digər 2 sərnişin yüngül xəsarətlər alıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR