Musiqi Akademiyasının dekanı vəfat edib

Musiqi Akademiyasının dekanı vəfat edib
# 31 iyul 2018 15:17 (UTC +04:00)

Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının magistr şöbəsinin dekanı, professor Şəhla Mahmudova vəfat edib.

APA-nın xəbərinə görə, Ş. Mahmudova uzun sürən ağır xəstəlikdən sonra dünən gecə dünyasını dəyişib.

Qeyd edək ki, Ş.Mahmudova 1956-cı ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə SSRİ Təhsil Nazirliyinin Fəxri fərmanı, 1978-ci ildə Təhsil Nazirliyinin Fəxri fərmanı və medalına, 2008-ci ildə Əməkdar incəsənət xadimi mükafatına layiq görülmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR