Azərbaycanda xidmətdə fərqlənən gömrük əməkdaşları mükafatlandırılıb

Azərbaycanda xidmətdə fərqlənən gömrük əməkdaşları mükafatlandırılıb
# 02 aprel 2018 10:00 (UTC +04:00)

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev xidmətdə fərqlənmiş gömrük əməkdaşları ilə görüşüb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilənməlumata görə, A. Əliyev son zamanlar gömrük orqanlarının hüquqpozmalara qarşı, xüsusilə də narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb. Komitə sədri bu uğurların təkcə Azərbaycan hökuməti deyil, eyni zamanda, Ümumdünya Gömrük Təşkilatı və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin rəhbərliyi tərəfindən də yüksək dəyərləndirildiyini bildirib.

A. Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan səmərəli mübarizə tədbirlərində fərqlənmiş gömrük əməkdaşlarına minnətdarlığını ifadə edərək, onların barəsində həvəsləndirmə tədbiri görülməsi üçün Dövlət Gömrük Komitəsinin müvafiq əmrinin imzalandığını diqqətə çatdırıb və həmin əmrə əsasən hədiyyələrlə təltif olunduqlarını bildirib.

Sonra Komitə sədri xidmətdə fərqlənmiş gömrükçülərə - DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin böyük inspektoru Elvin Eyvazlıya, Astara Gömrük İdarəsinin instruktor-kinoloqu Tərlan Qədirova, Tovuz Gömrük İdarəsinin inspektoru Məhsəti Həsənovaya və DGK Kinoloji Mərkəzinin təlimçisi Səfər Cəfərova hədiyyələri təqdim edib, onlara xidmətdə yeni-yeni nailiyyətlər arzulayıb.

Gömrük əməkdaşları onların fəaliyyətinə göstərilən diqqətə görə Komitə rəhbərliyinə təşəkkürlərini bildirib, gömrük xidməti qarşısında duran mühüm vəzifələrin layiqincə yerinə yetirilməsi işində qüvvə və bacarıqlarının bundan sonra da əsirgəməyəcəklərini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR