Rusiyada ağır yol qəzası nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb - YENİLƏNİB

Rusiyada ağır yol qəzası nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 16 noyabr 2017 20:35 (UTC +04:00)

Rusiya Federasiyası Mariy El Respublikasında «Mercedes-Benz Sprinter» markalı mikroavtobusun “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, 14 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib.

Polisin ilkin versiyasına əsasən, Yoşkar Ola-Kozmodemyansk yolunun 64-cü km-də baş verən qəzaya səbəb sürücünün təhlükəli manevr etməsi olub.

***** 22.29

Rusiya Federasiyası Mariy El Respublikasında mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 12 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Yoşkar Ola-Kozmodemyansk” yolunun 64-cü km-də baş verən qəza nəticəsində daha 6 nəfər xəsarət alıb.

Avtobusda 21 nəfərin olduğu bildirilir.

Bölgə rəhbəri hadisə yerinə gedib.

Qarlı hava şəraitinin pisləşməsinin hadisəyə səbəb olduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR