Vergilər naziri Ağsuda vətəndaşları qəbul edib

Vergilər naziri Ağsuda vətəndaşları qəbul edib
# 21 iyul 2017 17:07 (UTC +04:00)

Vergilər naziri Fazil Məmmədov Ağsu, Qobustan, Şamaxı və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib.

APA-nın məlumatına görə, qəbul Ağsu rayonunda baş tutub.

Qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrinin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR