2022-ci ilin yanvar ayında 19,1 min nəfərdən çox şəxsə sosial ödənişlərin elektron qaydada təyinatı aparılıb.
Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.
Bildirilib ki, bunun 3,3 min nəfərdən çoxu pensiyaların, 15,8 min nəfərdən çoxu isə müavinət və təqaüd alanların payına düşür.