XİN: Azərbaycan İranın nüvə proqramına dair əldə edilmiş razılaşmanı alqışlayır

XİN: Azərbaycan İranın nüvə proqramına dair əldə edilmiş razılaşmanı alqışlayır
# 14 iyul 2015 18:12 (UTC +04:00)

Bakı-APA. Azərbaycan İranın nüvə proqramına dair əldə edilmiş razılaşmanı alqışlayır.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib

“Azərbaycan "P5+1" qrupu və İran İslam Respublikası arasında hərtərəfli fəaliyyət proqramı əsasında danışıqlar yolu ilə nüvə proqramına dair əldə edilmiş razılaşmanı alqışlayır”, deyə H.Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu razılaşmanın beynəlxalq və regional səviyyədə sülh, təhlükəsizlik və əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcəyinə inanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR