ABŞ-ın "Artur J.Finkelstein and Associates” təşkilatı "exit-poll" keçirir

ABŞ-ın "Artur J.Finkelstein and Associates” təşkilatı "exit-poll" keçirir
# 11 aprel 2018 11:50 (UTC +04:00)

ABŞ-ın "Artur J.Finkelstein and Associates” (AJF) təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə Azərbaycandakı prezident seçkiləri ilə bağlı "exit-poll" keçirir.

APA-nın məlumatına görə, təşkilatının rəhbəri Corc Birnbaum bildirib ki, səhər saat 08.00-dan etibarən Bakıda AJF-in informasiya mərkəzi işə başlayıb. O deyib ki, ölkənin hər yerindən "exit-poll"un nəticələri bu mərkəzə daxil olacaq: “Beşinci dəfədir Azərbaycanda seçkiləri izləyirik. Ümumilikdə 40 seçki dairəsinin 200 seçki məntəqəsində “exit-poll” həyata keçiririk. Məlumatlar gün ərzində üç dəfə informasiya mərkəzinə daxil olacaq. 20 supervayzer məlumatları məntəqələrdən toplayaraq informasiya mərkəzinə ötürəcək”.

“Exit-poll”un ilkin nəticələrinin saat 20:00 radələrində açıqlanması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR