XİN: Yapon dənizində itkin düşən gəmidə azərbaycanlıların olub-olmadığı araşdırılır

XİN: Yapon dənizində itkin düşən gəmidə azərbaycanlıların olub-olmadığı araşdırılır
# 25 yanvar 2018 06:51 (UTC +04:00)

"Azərbaycan tərəfi Rusiyada olan tərəf müqabilləri ilə məsələni araşdırmağa çalışır. Eyni zamanda da Azərbaycanın Yaponiyadakı səfirliyinə bu barədə müvafiq məlumat verilib".

Bunu APA-ya XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildiirib, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Rusiyanın Primorsk diyarında 21 heyət üzvünün olduğu balıqçı gəmisi yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşları ilə yanaşı, əcnəbilərin olduğu da deyilir. İtkin düşənlərin arasında azərbaycanlılar da olub.

Hazırda axtarışlar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR