Yunker və Mey “Brexit”lə bağlı razılığa gəlməyiblər

Yunker və Mey “Brexit”lə bağlı razılığa gəlməyiblər
# 04 dekabr 2017 18:23 (UTC +04:00)

Böyük Britaniya və Avropa İttifaqı Krallığın qurumdan çıxması ilə əlaqədar razılığa gələ bilməyiblər.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bəyan edib.

Dekabrın 4-də J-K.Yunker və Böyük Britaniyanın baş naziri Tereza Mey arasında Brüsseldə görüş keçirilib. Avropa Komissiyası rəhbərinin sözlərinə görə, danışıqlarda irəliləyiş müşahidə edilsə də, bir neçə məsələ həll olunmamış qalıb.

“Son günlərdə əldə etdiyimiz əhəmiyyətli irəliləyişə baxmayaraq, yekun razılıq əldə etmək mümkün olmadı”, deyə J-K.Yunker qeyd edib.

Qeyd edək ki, ötən il keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib. Fevralın 1-də Britaniya parlamentinin İcmalar Palatası “Brexit” prosedurunun başlanmasına səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR