Gəncə və Goranboyda yol qəzası baş verib

Gəncə və Goranboyda yol qəzası baş verib
# 29 mart 2017 22:40 (UTC +04:00)

Gəncədə iki avtomobil toqquşub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. “Mercedes” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Bu gün Gornaboy rayonunda da yol qəzası baş verib. “Mercedes” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmayıb. Maşınlara ciddi ziyan dəydiyi bildirilir.

Hər iki fakt üzrə hüquq mühafizə orqanlarında araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR