"Ümid-Babək” blokundan illik əlavə 3-4 mlrd. kubmetr qaz hasil ediləcək

"Ümid-Babək” blokundan illik əlavə 3-4 mlrd. kubmetr qaz hasil ediləcək
# 31 may 2018 11:25 (UTC +04:00)

"Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Ümid-Babək” blokunun işlənməsinin birinci mərhələsində illik hasilat 3-4 mlrd. kubmetr təşkil etməsi nəzərdə tutulur".

APA-Economics”in məlumatına görə, bunu “Nobel Upsream” şirkətinin maliyyə direktoru Hüseyn Qasımov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə hasil olunan qazın bütün həcmləri daxili bazara veriləcək: “Hazırda danışıqlar aparıldığından blokun işlənilməsi ilə bağlı dəqiq tarix açıqlamaq mümkün deyil”.

O qeyd edib ki, “Ümid-Babək” blokunun işlənməyə verildiyi 2012-ci ildən bu günə qədər 2 mlrd. kubmetrdən qaz hasil edilib: "Blokun tam işlənməsinin növbəti mərhələsində isə əlavə daha 3-4 milyard kubmetr qaz hasil ediləcək ki, bu, regional bazara veriləcək”.

H. Qasımov deyib ki, blokun işlənməsinin növbəti mərhələlərində hasil edilən qaz “Cənub Qaz Dəhlizi” vasitəsi ilə Avropa bazarlarına nəql edilə bilər.

Qeyd edək ki, hazırda “Ümid” yatağında 3 yataq işlənilməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR