BƏƏ-nin nümayəndə heyəti Azərbaycanda səfərdədir

BƏƏ-nin nümayəndə heyəti Azərbaycanda səfərdədir
# 26 sentyabr 2017 13:23 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndə heyəti Azərbaycanda səfərdədir.

BƏƏ-nin Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, BƏƏ Daxili İşlər Nazirliyinin nümayəndə heyəti Heydər Əliyev adına Beynəlxalq Hava Limanının əməkdaşları üçün seminarlar keçirir. AZAl, Aviasiya Təhlükəsizlik İdarəsi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının da iştirak etdiyi seminarların mövzusu "Aviasiya təhlükəsizliyi, BƏƏ mədəniyyəti və BƏƏ dövləti tarixi"dir.

Seminarlar bu sahədə mütəxəssis olan 5 nəfərdən ibarət nümayəndə heyəti tərəfindən aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR