Elmar Məmmədyarov Avropa İttifaqının xüsusi nümayəndəsini Qarabağ danışıqları barədə məlumatlandırıb

Elmar Məmmədyarov Avropa İttifaqının xüsusi nümayəndəsini Qarabağ danışıqları barədə məlumatlandırıb
# 26 oktyabr 2016 15:48 (UTC +04:00)

Bakı - APA. Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb. Nazir münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib.

Görüş əsnasında Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafına fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR