“Gürcüstan orta məktəblərində dini dərslərin keçirilməsi planlaşdırılmır”.
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan təhsil və elm nazirinin müavini Liya Giqauri deyib. O bildirib ki, nazirin təşəbbüsü dinlərin tarixi və mədəniyyətləri barədə seçim əsasında dərslərin keçirilməsi ilə bağlı olub: “Bu istiqamətdə işlər hələ başlamayıb. Bu, yalnız ideyadır və müzakirə olunur”.
Qeyd edək ki, Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ötən ay məktəblərdə din tarixinin tədrisinin bərpa olunması təşəbbüsü ilə çıxış edib.