Səfir: "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini diqqətlə izləyir"

Səfir: "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini diqqətlə izləyir"
# 20 sentyabr 2017 13:00 (UTC +04:00)

"Mən Dağlıq Qarabağ məsələsinin nə dərəcədə həssas olduğunu anlayıram".

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

O, Aİ-nın bu məsələ ilə birbaşa məşğul olmadığını bildirib, bununla belə, qurumun məsələni çox diqqətlə izlədiyini vurğulayıb.

"Həm yerlərdə, həm də beynəlxalq platformada bu münaqişənin həlli prosesini diqqətdə saxlayırıq. Münaqişənin həlli istiqamətində format fəaliyyət göstərir. Nyu-Yorkda siyasi səviyyədə görüş gözlənilir. Biz bunları izləyirik.

Münaqişə və münaqişə ətrafındakı mövzular Azərbaycanla imzalanacaq yeni saziş çərçivəsində, o cümlədən "Şərq Tərəfdaşlığı" sammiti öncəsi müzakirə olunacaq", - deyə o bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR