İKZF ötən il aktivlərini 10%-dən çox artırıb

İKZF ötən il aktivlərini 10%-dən çox artırıb
# 16 yanvar 2020 13:10 (UTC +04:00)

2019-cu ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) aktivləri əvvəlki illə müqayisədə 10,2% artaraq 1,410 mlrd. manata çatıb, illik bölüşdürülməmiş mənfəəti isə 18,6 mln. manat olub.

İKZF-dən “APA-Economics”ə verilən məlumata görə, Fond tərəfindən 2019-cu il ərzində illik 3% dərəcəsi ilə ümumi həcmi 150 mln. manat olan ipoteka istiqrazları yerləşdirilib. Ümumilikdə, 2009-cu ilin may ayından başlayaraq Fond tərəfindən daxili kapital bazarında qiymətli kağızların yerləşdirilməsi vasitəsilə cəlb edilmiş maliyyə vəsaitlərinin həcmi 1,005 mlrd. manata çatıb. Bu vəsaitlər adi ipoteka kreditlərinin (25 ilədək müddətinə, illik 8%) maliyyələşdirilməsinə yönəldilib.

Cəlb olunmuş vəsaitlərdən 281,1 mln. manat məbləğində istiqraz üzrə öhdəliklər tam şəkildə yerinə yetirilib. Hazırda Fondun dövriyyədə olan istiqrazlarının həcmi 723,9 mln. manat təşkil edir, bu da daxili qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR