“Cibgir Elçin” ləqəbi ilə tanınan şəxsin şikayəti təmin edilməyib

“Cibgir Elçin” ləqəbi ilə tanınan şəxsin şikayəti təmin edilməyib
# 13 oktyabr 2016 17:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə-APA. Bakı Apellyasiya Məhkəməsində kriminal aləmdə "cibgir Elçin" ləqəbi ilə tanınan və hazırda həbsdə olan Elçin Kərimduxtun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, o, həbsdən vaxtından əvvəl azad olunması üçün Xəzər rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətini təmin etməyindən apellyasiya şikayəti verib.

Xatırladaq ki, bir müddət əvvəl Sumqayıtda cibgirliklə məşğul olan E. Kərimduxt tutulub. Onun üzərindən narkotik vasitə götürülüb. E. Kərimduxt 2005-ci ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkum olunub. E. Kərimduxt kriminal aləmdə “cibgir Elçin” kimi tanınır. O, məhkəmə hökmü ilə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR