Bu il ikinci Günəş tutulması baş verib

Bu il ikinci Günəş tutulması baş verib
# 13 iyul 2018 08:15 (UTC +04:00)

2018-ci ildə ikinci Günəş tutulması (qismən tutulma) baş verib.

APA-nın xəbərinə görə, tutulma Bakı vaxtı ilə saat 05:48:23-də başlayıb, saat 07:01:05-də maksimumda olub və saat 08:13:44-də sona çatıb.

Günəş tutulması (qismən tutulma) Antarktidanın şimalını, Sakit və Hind okeanları qovşağını əhatə edib.

Qeyd edək ki, 2018-ci ildə ilk Günəş tutulması (qismən tutulma) 15 fevralda baş verib. Üçüncü tutulma isə 11 avqustda baş verəcək. Günəş tutulmalarından ikisi cənub, biri isə şimal yarımkürəsinə düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR