"Uber" nağdsız ödənişlərin ƏDV-yə cəlb olunmasını istifadəçilərindən öyrənib

"Uber" nağdsız ödənişlərin ƏDV-yə cəlb olunmasını istifadəçilərindən öyrənib
# 28 noyabr 2017 13:14 (UTC +04:00)

"Uber" şirkəti bu ilin dekabrın 1-dən etibarən gedişlərə görə nağdsız ödənişlər üzrə 18% həcmində ƏDV tutulacağına aydınlıq gətirib.

"APA-Economics"in sorğusuna cavab olaraq şirkətdən bildirilib ki, şirkətə bununla bağlı rəsmi bildiriş hələ daxil olmayıb: "Bizə məlum olub ki, istifadəçilərimiz Azərbaycan banklarının birindən 2017-ci ilin dekabrın 1-dən etibarən "Uber"lə gedişlərə görə nağdsız ödənişlər üzrə 18% həcmində ƏDV tutulacağı barədə SMS xəbərdarlığı alıblar. Bizə sözügedən yenilik barədə rəsmi bildiriş hələ daxil olmayıb. Biz bu məsələni əsaslı surətdə araşdırmaq və Azərbaycanda istifadəçilərimiz üçün ən əlverişli şəkildə həll etmək niyyətindəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR