Azərbaycanda ilk dəfə Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransı keçiriləcək

Azərbaycanda ilk dəfə Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransı keçiriləcək
# 30 aprel 2018 13:48 (UTC +04:00)

Bu ilin mayın 8-11-də “Bakı Beynəlxalq Ticarət Limanı” QCS Beynəlxalq Limanlar Assosiasiyasının ilk “World Ports Conference” tədbirinə ev sahibliyi edəcək.

APA-Economics”in “Bakı Beynəlxalq Ticarət Limanı” QCS-yə istinadən verdiyi məlumata görə, Los-Anceles, Sidney, Hamburq, Panama, Bakı və sair dünyada tanınan liman şəhərlərindən sonra Mərkəzi Avrasiya məkanında ilk dəfə məhz Xəzər dənizinin böyük və ən qədim limanı olan Bakı limanı “Gələcəyin limanları: Mərkəzlərin yaradılması, Bağlılığın Sürətləndirilməsi" mövzusunda nüfuzlu konfrans keçirəcək.

Assosiasiyanın illik konfranslarında liman və logistika sayəsində dayanıqlıq və təhlükəsizlik məsələləri, innovativ avadanlıqların tətbiqi, ətraf mühitdə baş verən dəyişikliklərin təsiri, informasiya texnologiyaları və logistika əməliyyatları kimi mühüm mövzular müzakirə olunacaq.

Qeyd edək ki, ətrafında 90 ölkə, 300-ə yaxın liman və nəqliyyat qurumlarını birləşdirən Beynəlxalq Limanlar Assosiasiyasının üzvləri dünya dəniz ticarətinin 60%-i, dünyada konteyner daşımasının isə 80%-ni əhatə edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR