Bakıda mənzildə yanğın baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 42 m2 olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd çarpayı yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.