Beyləqanda avtomobil kanala aşıb, 2 nəfər ölüb

Beyləqanda avtomobil kanala aşıb, 2 nəfər ölüb
# 13 mart 2020 09:12 (UTC +04:00)

Beyləqan rayonunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, Horadiz-Bəhrəmtəpə-Hacıqabul yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Qafar Seyidəliyevin idarə etdiyi "Opel Astra" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun kənarındakı kanala aşıb. Hadisə nəticəsində sürücü və sərnişin, 1973-cü il təvəllüdlü Güləndam Əliyeva hadisə yerində ölüb, avtomobildə olan digər iki sərnişin müxtərif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR