Tbilisidə etiraz aksiyası başa çatıb

Tbilisidə etiraz aksiyası başa çatıb
# 03 iyun 2018 21:45 (UTC +04:00)

Tbilisidə parlament qarşısında keçirilən etiraz aksiyası başa çatıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, parlamentin qarşısındakı Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa olunub.

Etiraz aksiyasına gec də olsa qatılan ötən il qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidze deyib ki, sabah saat 14:00-da baş nazir Giorgi Kvirikaşvili ilə görüşəcək. O, görüşün hökumət administrasiyanın binasında müxalifət partiyalarının liderləri ilə birgə keçiriləcəyini qeyd edib.

Aksiyanın sabah da davam etdiriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR