Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü ilə görüşüb - YENİLƏNİB

Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü ilə görüşüb   - <span style="color: red;">YENİLƏNİB
# 15 mart 2018 12:43 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç ilə görüşü olub.

APA-nın məlumatına görə, prezident İlham Əliyev M. İvaniçlə ötən görüşünü məmnunluqla xatırlayıb.

Söhbət zamanı VI Qlobal Bakı Forumunun mədəniyyətlərarası dialoqa və əməkdaşlığa verdiyi töhfə vurğulanıb. Bildirilib ki, dünyada Forumun nüfuzu getdikcə daha da artır.

Görüşdə iki ölkə arasında əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub. Qeyd edilib ki, müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əlaqələrin yaxşı perspektivləri var.

Söhbət zamanı ötən əsrin 70-ci illərindən Bakı ilə Sarayevonun qardaşlaşması məmnunluqla xatırlanıb.

*** 12.41

Prezident İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR