Ağ Ev qarşısında ABŞ-ın Paris sazişindən çıxmasına qarşı etiraz aksiyası keçirilir

Ağ Ev qarşısında ABŞ-ın Paris sazişindən çıxmasına qarşı etiraz aksiyası keçirilir
# 02 iyun 2017 05:25 (UTC +04:00)

Yüzlərlə amerikalı Ağ Ev qarşısına toplaşaraq, ABŞ-ın İqlimə dair Paris sazişindən çıxmasına qarşı etiraz aksiyası keçirir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etirazçılar ABŞ hökumətini qərarı ləğv etməyə çağırıblar. Etirazçılar Paris sazişini dəstəkləyən müxtəlif şüarlar səsləndiriblər.

ABŞ prezidenti Donald Tramp ötən gün ABŞ-ın İqlimə dair Paris sazişindən çıxdığını bəyan edib.

Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR