Azərbaycan sement idxalını 2,2 dəfə artırıb

Azərbaycan sement idxalını 2,2 dəfə artırıb
# 17 may 2018 10:19 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 3 mln. 369,99 min dollar dəyərində 15 847,89 ton sement idxal edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 4 ayı ilə müqayisədə 8 696,99 ton və ya 2,22 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 2 mln. 060,60 min dollar və ya 2,57 dəfə azdır.

Xatırladaq ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 1 mln. 309,39 min dollar dəyərində 7 150,90 ton sement idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında sement idxalı Azərbaycanın ümumi idxalının 0,11%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR