Tramp Şimali Koreyanın nüvə raketi yarada bilməyəcəyini bəyan edib

Tramp Şimali Koreyanın nüvə raketi yarada  bilməyəcəyini bəyan edib
# 03 yanvar 2017 07:53 (UTC +04:00)

ABŞ-nın yeni seçilmiş prezidenti Donlad Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) qitələralarası nüvə raketi yarada bilməyəcəyini deyib.

APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Tramp özünün twitter səhifəsində yazıb.

“KXDR bəyan edib ki, ABŞ-a çata biləcək nüvə silahının istehsalının sonuncu mərhələsindədir. Bu, baş verməyəcək”.

KXDR lideri Kim Çen In xalqına ünvanlandığı Yeni il müraciətində bildirib ki, ABŞ ölkəsinə qarşı təcavüzkar siyasətə son qoymayanadək hərbi potensialını gücləndirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR