"Azərsun Holdinq" Rusiyada 100 hektarlıq istixana tikəcək

"Azərsun Holdinq" Rusiyada 100 hektarlıq istixana tikəcək
# 10 aprel 2017 14:52 (UTC +04:00)

"Azərsun Holdinq" MMC Rusiyanın Stavropol vilayətində ümumi ərazisi 100 ha olan istixana kompleksi tikəcək. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Stavropol vilayətinin İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, holdinq rəsmiləri yaxın vaxtda Stavropola səfər edəcək. Səfər çərçivəsində əməkdaşlığın detalları müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan Stavropol vilayətinin ikinci ən iri xarici ticarət tərəfdaşıdır. 2016-cı ildə ticarət dövriyyəsinin həcmi 131 mln. dollar təşkil edib. Ticarət dövriyyəsinin əsas hissəsi Stavropoldan Azərbaycana ixracın payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR