Paraqvay prezidenti istefa verib

Paraqvay prezidenti istefa verib
# 29 may 2018 00:15 (UTC +04:00)

Paraqvay prezidenti Orasio Kartes vaxtından əvvəl dövlət başçısı postunu tərk etməyi qərara alıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, onun prezidentlik müddəti bu ilin avqustunda bitəcəkdi. Prezident səlahiyyətlərini müvəqqəti olaraq ölkənin vitse-prezidenti Alisiya Puçeta icra edəcək.

Paraqvay Konstitusiyasına əsasən, ölkə başçısı vəzifəsini tərk etdikdən sonra fəaliyyətini senatda davam etdirə bilər.

Qeyd edək ki, Orasio Kartes, 2013-ci ilin avqust ayından Paraqvayın prezidenti vəzifəsini tuturdu. Bu ilin aprelində keçirilən seçkilərdə isə Mario Abdo Benites ölkənin yeni prezidenti seçilib. O vəzifəsinin icrasına avqustun 15-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR