MDB PA-nın müşahidə missiyası Azərbaycana gəlir

MDB PA-nın müşahidə missiyası Azərbaycana gəlir
# 07 aprel 2018 11:56 (UTC +04:00)

MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyası Azərbaycanda prezident seçkiləri müşahidə etmək üçün aprelin 8-dən Bakıda olacaq.

MDB Parlamentlərarası Assambleyasının demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqinin Bakı filialından APA-ya verilən məlumata görə, beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya Federasiyası, Tacikistan, Moldova, Belarus, Qazaxıstan və Qırğızıstandan olan deputatlardan ibarətdir.

Bundan əlavə beynəlxalq müşahidəçilər missiyasına MDB PA-nın beynəlxalq monitorinq institutunun əməkdaşları və ekspertləri daxildir.

Missiya üzvləri aprelin 11-də Bakı və bölgələrdə olacaqlar. Həmçinin beynəlxalq müşahidəçilərin Milli Məclis, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur.

Seçkilər başa çatdıqdan sonra MDB PA-dan olan beynəlxalq müşahidəçilər mətbuat konfransı keçirəcəklər.

MDB Parlamentlərarası Assambleyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, missiya üzrə koordinator Rusiyanın Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanov təyin edilib. Missiyaya 6 MDB ölkəsindən 17 deputat və parlament əməkdaşları daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR